Futbol üzrə Türkiyə milli komandası ciddi itkiylə üzləşib.
Futbolinfo.az xəbər verir ki, yığmanın futbolçuları – Kənan Karaman və Sərdar Əziz heyətdən çıxarılıb.
Bu barədə Türkiyə Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. Hər iki oyunçu zədə səbəbiylə heyətdən kənarlaşdırılıb.
Türkiyə yığması DÇ-2022-nin seçmə mərhələsində, oktyabrın 11-də Latviya ilə qarşılaşacaq.