Bu gün futbol üzrə UEFA Millətlər Liqasının qalibi müəyyənləşib. Futbolinfo.az xəbər verir ki, final mərhələsinin həlledici oyununda İspaniya və Fransa yığmaları üz-üzə gəlib.

Milan şəhərindəki “San-Siro” stadionunda baş tutan oyunu ingiltərəli Entoni Teylor idarə edib. Qarşılaşmada hesabı ispanlar açsa da, əzmkar qələbə qazanan Fransa yığması turnirin qalibi olub.

Xatırladaq ki, İspaniya yarımfinalda İtaliyanı 2:1, Fransa Belçikanı 3:2 hesabı ilə üstələmişdi.

İtaliya və Belçika komandaları da üçüncü yer uğrunda qarşılaşıb. Serbiyalı Srcan Yovanoviçin idarə etdiyi bu oyun Turindəki “Yuventus” stadionunda keçirilib. Üç qolun qeydə alındığı qarşılaşma İtaliya yığmasının qələbəsiylə yekunlaşıb.

İkinci dəfə təşkil olunan “Dördlər finalı”nda ilk qalib Portuqaliya millisi olub.

UEFA Millətlər Liqası
Final mərhələsi

10 oktyabr

Üçüncü yer uğrunda görüş

İtaliya – Belçika 2:1
Qol: Barella, 46. Berardi, 65-pen – Ketelare, 86.
Baş hakim: Srcan Yovanoviç (Serbiya)
Turin. “Yuventus” stadionu.

İtaliya: 21. Canluici Donnarumma (k), 2. Covanni Di Lorentso, 5. Manuel Lokatelli, 7. Lorentso Pelleqrini, 9. Cakomo Raspadori, 11. Domeniko Berardi, 13. Emerson, 14. Federiko Kyeza, 15. Françesko Açerbi, 18. Nikolo Barella, 23. Alessandro Bastoni.
Ehtiyat oyunçular: 1. Salvatore Siriqu, 22. Aleks Meret, 3. Corco Kyellini, 6. Marko Verratti, 8. Jorjinyo, 10. Lorentso İnsinye, 12. Federiko Dimarko, 16. Brayan Kristante, 17. Moyze Kin, 20. Federiko Bernardeski.
Baş məşqçi: Roberto Mançini.

Belçika: 1. Tibo Kurtua, 2. Tobi Alderveyreld, 3. Ceyson Denayer, 5. Yan Vertongen (k), 6. Aksel Vitsel, 8. Yuri Tilemans, 11. Yannik Karrasko, 17. Hans Vanaken, 21. Timoti Kastan, 22. Aleksis Salemakers, 23. Mişi Batşuayi.
Ehtiyat oyunçular: 12. Simon Minolye, 13. Kun Kastels, 4. Dedrik Boyata, 7. Kevin de Bruyne, 14. Dodi Lukebakio, 16. Artur Teate, 18. Şarl de Ketelare, 19. Leander Dendonker, 20. Leandro Trossar.
Baş məşqçi: Roberto Martines.

Final

İspaniya – Fransa 1:2
Qol: Oyarzabal, 64 – Benzema, 66. Mbappe, 80.
Baş hakim: Entoni Teylor (İngiltərə)
Milan. “San-Siro” stadionu.

İspaniya: 23. Unay Simon, 2. Sesar Aspilikueta, 5. Serxio Buskets (k), 9. Qavi, 11. Ferran Torres, 12. Erik Qarsiya, 16. Rodri, 17. Markos Alonso, 19. Emerik Lyaport, 21. Mikel Oyarzabal, 22. Pablo Sarabiya.
Ehtiyat oyunçular: 1. David De Xea, 13. Robert Sançes, 3. Pau Torres, 4. İnyiqo Martines, 6. Brian Xil, 7. Yeremi Pino, 8. Koke, 10. Serxi Roberto, 14. Serxi Regilon, 15. Pedro Porro, 18. Pablo Fornals, 20. Mikel Merino.
Baş məşqçi: Luis Enrike.

Fransa: 1. Uqo Lyoris, 2. Benjamen Pavar, 3. Presnel Kimpembe, 4. Rafael Varan, 5. Jül Kunde, 6. Pol Poqba, 7. Antuan Qrizmann, 8. Orelyen Çuameni, 10. Kilian Mbappe, 19. Kərim Benzema, 22. Teo Ernandes.
Ehtiyat oyunçular: 16. Benua Kostil, 23. Mayk Menyan, 9. Antoni Marsyal, 11. Mussa Diabi, 12. Leo Dyubua, 13. Matteo Genduzi, 15. Dayo Upamekano, 17. Jordan Veretu, 20. Vissam Ben Yedder, 21. Lukas Ernandes.
Baş məşqçi: Didye Deşam.

Shares: