Futbol üzrə Portuqaliya milli komandası yoxlama matçında Qətəri məğlub edib – 3:0.

Futbolinfo.az xəbər verir ki, sözügedən oyunda qol vuran portuqaliyalı hücumçu Kristiano Ronaldo bir neçə uğura imza atıb.

Belə ki, Ronaldo yığmada vurduğu qolların sayını 112-yə çatdırıb. O, bu göstəricidə dünya rekordunu yeniləyib. Bundan başqa, Ronaldo futbol tarixində 46 fərqli milliyə qol vuran ilk oyunçu olub.

Qətərlə matç Ronaldonun Portuqaliya yığmasındakı 181-ci oyunu olub. 36 yaşlı hücumçu Avropa zonasında milliylə ən çox oyun keçirən futbolçu olub. Bundan əvvəl bu rekord ispan müdafiəçi Serxio Ramosa aid idi.

Shares: