Rusiyanın “Lokomotiv” (Moskva) klubunun yeni baş məşqçisinin adı açıqlanıb.
Futbolinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komandanın “sükanı arxasına” almaniyalı Markus Gisdol gətirilib.
52 yaşlı almaniyalı mütəxəssis oktyabrın 5-də istefaya göndərilmiş serbiyalı Marko Nikoliçi əvəzləyib.
Gisdolun son iş yeri Almaniyanın “Köln” klubu olub.