DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində keçirilmiş Polşa – San Marino oyunu meydan sahiblərinin qapışısı Lukaş Fabianski üçün əlamətdar olub.
Futbolinfo.az xəbər verir ki, 36 yaşlı qapıçı Polşa millisinin heyətində vida matçını keçirib.
O, bu oyuna start heyətdə başlayıb və 67-ci dəqiqədə əvəzlənib. Qarşılaşma Polşanın 5:0-lıq qələbəsi ilə başa çatıb.
Hazırda İngiltərənin “Vest Hem” komandasının uğurları üçün çalışan Fabianski Polşa yığmasında 57 oyun keçirib. O, daha öncə ölkəsində “Lex” və “Legiya” klublarının, həmçinin İngiltərədə “Arsenal” və “Suonsi Siti”nin da formasını geyinib.