DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində növbəti oyununu Azəərbaycan millisinə qarşı keçirəcək Serbiya yığması bu görüşə itkilərlə çıxacaq.
Futbolinfo.az xəbər verir ki, müdafiəçi Straxinya Pavloviç və yarımmüdafiəçi Filip Curiçiç bu oyunu buraxacaqlar.
“Monako”nun 20 yaşlı mərkəz müdafiəçisi Pavloviç ötən gecə baş tutan Lüksemburqla oyunda sarı vərəqə alaraq cəzalı duruma düşüb.
İtaliyanın “Sassuolo” klubunun formasını geyinən Curiçiç də sarı vərəqə limitini doldurduğuna görə yığmamızla oyunu buraxmaq məcburiyyətində qalıb.
Serbiya – Azərbaycan matçı oktyabrın 12-də Belqradda keçiriləcək.