Futbol üzrəə İtaliya millisinin qapıçısı Canluici Donnarumma son 56 ildə komandanı meydana çıxaran ən gənc kapitan kimi tarixə düşüb.

Futbolinfo.az xəbər verir ki, o, buna Belçika yığması ilə UEFA Millətlər Liqasının 3-cü yer uğrundakı oyununda nail olub.

22 yaş 7 ay 15 günlüyündə olan Donnarumma 1965-ci ildən etibarən yığmanın ən gənc kapitanı adını qazanıb.

Qeyd edək ki, bu oyunda 2:1 hesablı qələbəyə sevinən İtaliya millisi turnirin bürünc medallarına sahib çıxıb.

Shares: