Serbiya milli komandasının baş məşqçisi Draqan Stoykoviç DÇ-2022-nin seçmə mərhələsində Azərbaycana qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bildirib.
Futbolinfo.az xəbər verir ki, yerli mətbuata danışan Stoykoviç, Azərbaycanla matçda qələbə qazanmalı olduqlarını bildirib:
“Azərbaycanla matçda qələbədən başqa heç nə gözləmirik. Növbəti oyunda üç xal qazanıb, Portuqaliya ilə həlledici oyuna yaxşı hazırlaşmalıyıq”.
Sabah keçiriləcək Serbiya – Azərbaycan matçına saat 22:45-də start veriləcək.