Futbol üzrə Serbiya milli komandasının hücumçusu Duşan Tadiç açıqlama verib.

Futbolinfo.az xəbər verir ki, yerli mətbuata danışan 33 yaşlı futbolçu, DÇ-2022-nin seçmə mərhələsində Azərbaycanı məğlub edəcəklərini deyib:

“Lüksemburqla oyunu (1:0) unutmalıyıq. Yaxşı və ya pis, üç xalı qazandıq. Azərbaycan millisini məğlub edəcəyik və Portuqaliyaya qarşı final oyununa hazırlaşacağıq”.

Sabah keçiriləcək Serbiya – Azərbaycan matçına saat 22:45-də start veriləcək.

Shares: