İspaniya La Liqasının prezidenti Xavyer Tebas növbəti dəfə Lionel Messi haqda danışıb.

Futbolinfo.az xəbər verir ki, o, argentinalı hücumçunun “Barselona”dan ayrılmasının onların günahı olmadığını deyib:

“Messinin getməsi mənim günahım deyil. A Seriyası illərdir pul itirir, eləcə də Fransa Liqa 1-i. Bu, reallıqdır. Almaniya və İspaniyada belə deyil. Qaydalara ehtiyacımız var. PSJ 400 milyon avro qazanır, maaşlara 600 milyon avro xərcləyir.

Messinin getməsi bizim günahımız deyil. Bizim maaş limitimiz var və qaydalarla La Liqanın davamlılığını təmin edirik”.

Shares: