Braziliyanın “Qremio” klubu baş məşqçisi Luis Felipe Skolari ilə yollarını ayırıb.

Futbolinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 73 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.

2002-ci ildə Braziliya millisi ilə dünya çempionu olmuş Skolari 1987, 1993-1996 və 2014-2015-ci illərdə də “Qremio”nun “sükanı arxasında” olub.

Skolari bu il iyulun 7-də yenidən “Qremio”da baş məşqçi postuna gətirilmişdi.

“Qremio” Braziliya A Seriyasında 23 oyundan sonra 23 xalla 19-cu pillədə qərarlaşıb.

Shares: