“Qarabağ”ın sabiq yarımmüdafiəçisi Uroş Matiç DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində keçiriləcək Serbiya – Azərbaycan matçından öncə fikirlərini bölüşüb.

Futbolinfo.az xəbər verir ki, serbiyalı futbolçu ölkəsinin mətbuatına açıqlamasında bunları söyləyib:

“Əlbəttə, maraqlı oyun olacaq. Matçı izləyəcəyəm. Görüşü səbirsizliklə gözləyirəm. Çünki hər iki komandada dostlarım var. Serbiya yığması bu matçın favoritidir. Bu, heç kimə sirr deyil. Çünki komandamız evdə oynayacaq. Yığma doğma meydandakı matçlarda yaxşı oyun və nəticə göstərir. Azərbaycanda isə bu imkanlar yoxdur. İrlandiyadaya 0:3 hesablı məğlubiyyət yəqin ki, komandaya ağır zərbə vurdu. Amma rəqibin bu qədər zəif olması fikirlərilə razı deyiləm. Düzdür, real baxsaq, Azərbaycanın şansları həqiqətən azdır. Amma oyun asan keçməyəcək. Azərbaycan millisi Serbiyaya qarşı ənənəvi olaraq yaxşı oynayır. Qoy, hesab 2:1 bizim xeyrimizə olsun”.

Xatırladaq ki, Matiç 2019/20 mövsümündə “Qarabağ”da çıxış edib.

Shares: