Futbol üzrə Azərbaycan milli komandası bu gün DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində növbəti oyununa çıxıb.

Futbolinfo.az xəbər verir ki, Canni De Byazinin rəhbərlik etdiyi kollektiv səfərdə Serbiya yığmasıyla qarşılaşıb. “Rayko Mitiç” stadionunda keçirilən matçı Belçikadan olan hakimlər briqadası idarə edib. Dörd qolun qeydə alındığı bu qarşılaşma meydan sahiblərinin inamlı qələbəsiylə yekunlaşıb.

Azərbaycan yığması seçmə mərhələdə yer aldığı A qrupunda 1 xalla sonuncudur. Serbiya yığması isə 17 xalla liderdir.

Bu gün qrupun digər matçında Portuqaliya yığması evdə Lüksemburq ilə münasibətlərinə aydınlıq gətirib. Bu görüşdə də meydan sahibləri qələbəyə sevinən tərəf olub – 5:0.

DÇ-2022-nin seçmə mərhələsi
A qrupu, 8-ci tur
12 oktyabr

Serbiya – Azərbaycan 3:1
Qol: D.Vlahoviç, 30-pen; 53. D.Tadiç, 83-pen – E.Mahmudov, 45+2.
Baş hakim: Erik Lambrekts (Belçika)
Belqrad. “Rayko Mitiç” stadionu.

Serbiya: 12. Predraq Raykoviç, 4. Miloş Velkoviç, 5. Matiya Nastasiç (k), 11. Luka Yoviç, 13. Stefan Mitroviç, 16. Saşa Lukiç, 17. Filip Kostiç, 18. Duşan Vlahoviç, 20. Sergey Milinkoviç-Saviç, 21. Marko Qruyiç, 22. Darko Lazoviç.
Ehtiyat oyunçular: 1. Marko Dmitroviç, 23. Mile Svilar, 2. Uroş Raçiç, 3. Filip Mladenoviç, 6. Nemanya Maksimoviç, 7. Nemanya Radonyiç, 8. Nemanya Qudel, 9. Aleksandr Mitroviç, 10. Duşan Tadiç, 14. Andrey Jivkoviç, 15. Uroş Spayiç, 19. Mihaylo Ristiç.
Baş məşqçi: Draqan Stoykoviç.
Azərbaycan: 12. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 3. Azər Salahlı, 4. Höccət Haqverdi, 5. Maksim Medvedev (k), 8. Emin Mahmudov, 9. Renat Dadaşov, 13. Abbas Hüseynov, 18. Anton Krivotsyuk, 19. Filip Ozobiç, 21. Araz Abdullayev.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 23. Aydın Bayramov, 6. Vüqar Mustafayev, 7. Namik Ələskərov, 10. Rəhim Sadıxov, 11. Ramil Şeydayev, 14. Murad Xaçayev, 15. Tellur Mütəllimov, 16. Anatoli Nuriyev, 17. Toral Bayramov, 20. Mert Çelik, 22. Bəxtiyar Həsənalızadə.
Baş məşqçi: Canni De Byazi.

Xal durumu: Serbiya – 17, Portuqaliya – 16, Lüksemburq – 6, İrlandiya – 5, Azərbaycan – 1

Shares: