Futbol üzrə Türkiyə millisinin baş məşqçisi Ştefan Kunts DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Latviyaya 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra ağlayıb.

Futbolinfo.az xəbər verir ki, 59 yaşlı almaniyalı mütəxəssis 90+9-cu dəqiqədə Burak Yılmazın penaltidən vurduğu qoldan sonra göz yaşlarını saxlaya bilməyib.

Qarşılaşma Türkiyə yığmasının 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Hazırda 15 xalı olan qardaş ölkə yığması G qrupunda 3-cü pillədə qərarlaşıb. Norveç 17 xalla ikinci, Niderland isə 19 xalla birinci pillədədir.

Shares: