COVİD-19-a yoluxduğu üçün Mahir Emreli ən azı 14 gün özünütəcrid vəziyyətində qalmalıdır. Bu isə o deməkdir ki, Emreli Serbiya ilə DÇ-2022-nin matçı ilə yanaşı, klubu “Legiya”da da qarşıdakı bir sıra vacib rəsmi oyunları buraxmaq məcburiyyətində olacaq.
O, oktyabrın 17-də Polşa çempionatının 11-ci turunda “Lex” (Poznan), oktyabrın 21-i Avropa Liqasının 3-cü turunda “Napoli” ilə (İtaliya) səfər oyununu, nəhayət, oktyabrın 24-ü Ekstraklasanın 12-ci turunda “Piast”la görüşdə iştirak edə bilməyəcək.
Əlavə edək ki, Emreli ötən ilin dekabrında, “Qarabağ”da çıxış etdiyi dövrdə də koronavirusa yoluxmuşdu.