Azərbaycan millisinin daha bir futbolçusu Serbiyaya qarşı DÇ-2022-nin seçmə mərhələ oyununu buraxacaq.
Futbolinfo.az xəbər verir ki, baş məşqçi Canni De Byazi “Qəbələ” klubundan yığmaya cəlb edilən Rövlan Muradovu “23-lüy”ə daxil etməyib.
Bundan əlavə, ilk koronavirus testi müsbət çıxmış Mahir Emreli və Bakıda zədələndikdən sonra düşərgədən ayrılan Bəhlul Mustafazadə komandaya kömək edə bilməyəcək.
Bu gün Belqraddakı “Rayko Mitiç” stadionunda keçiriləcək oyuna Bakı vaxtı ilə saat 22:45-də start veriləcək.