“Neftçi”nin futbolçusu Huqo Basto Azərbaycan Premyer Liqasının 7-ci turu çərçivəsində səfərdə “Sumqayıt”a qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.
Futbolinfo.az xəbər verir ki, o, klubun rəsmi televiziyasına açıqlamasında bunları söyləyib:
“Bizi qarşıda ciddi oyun gözləyir. Matça çox yaxşı hazırlaşırıq və çalışacağıq ki, ardıcıl 4-cü qələbəmizi qazanaq. “Neftçi” hər oyuna qələbə üçün çıxır. Bu üzdən də biz yalnız qələbə haqqında düşünürük. Son altı oyuna nəzər yetirsək, onlardan heç biri bizim üçün asan keçməyib. Hər biri çətin alınıb. Yalnız qarşıdakı oyunlara köklənirik. Öz üzərimizdə işləyirik ki, sonda istədiyimiz nəticələri qazanaq”.
Basto komanda yoldaşı Mamadu Mbodju üstələyərək əsas heyət üzvlərindən birinə çevrilməsinə də münasibət bildirib: “Belə şeylərin heç birini düşünmürəm. Öz üzərimdə hər gün işləyirəm. Çalışıram ki, komandaya xeyir verim. Hər mövqedə çoxlu futbolçular və böyük rəqbət var. Bu da bizim daha çox çalışmağımıza kömək edir”.
Oktyabrın 17-də Sumqayıtda keçiriləcək “Sumqayıt” – “Neftçi” matçına saat 16:30-da start veriləcək.