“Arsenal”ın keçmiş çalışdırıcısı Arsen Venger bir oyunluq yenidən baş məşqçi olacaq.
Futbolinfo.az xəbər verir ki, fransalı mütəxəssis, 2022-ci ilin yanvarında Səudiyyə Ərəbistanı təmsilçiləri “Əl Hilal” və “Əl Nəssr”in ən yaxşı futbolçularından ibarət komandanı oyuna çıxaracaq.
Venger PSJ-yə qarşı keçiriləcək mövsümlük Ər-Riyad kubokunun oyununda Səudiyyə Ərəbistanı təmsilçisinin baş məşqçisi olacaq.
Hazırda FİFA-da işləyən Venger 1996-cı ildən 2018-ci ilin yayına qədər “Arsenal”ı çalışdırıb.