“Neftçi”nin futbolçusu Mamadu Kane Qvineya millisinin heyətində qol vurub.

Futbolinfo.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Mərakeşə qarşı keçirdikləri oyunda fərqlənib.

Start heyətdə meydana çıxan Kane, 31-ci dəqiqədə rəqib qapısına yol tapıb. Amma onun bu qolu komandasını məğlubiyyətdən xilas etməyib. Qvineya yığması doğma meydanda 1:4 hesabıyla uduzub.

Keçirdiyi 4 oyunda cəmi 3 xal toplamış Qvineya yığması yer aldığı İ qrupunda üçüncü pillədə qərarlaşıb.

Shares: