“Neftçi”də özümü xoşbəxt hiss edirəm. Burada ən yaxşı oyunumu göstərməyə çalışacam”. Bu sözləri futbolinfo.az-a açıqlamasında “Neftçi”nin yarımmüdafiəçisi Sezar Meza Kolli deyib.

Paraqvaylı futbolçu “Bakı klubunda heç də üst səviyyədə çıxış etmirsiniz” sualına cavab verərkərn bunları bildirib: “Hər həftə oyunlara çox yaxşı səviyyədə hazırlaşıram. Düşünürəm ki, mən zaman keçdikcə daha yaxşı olacam. Komanda yoldaşlarıma kömək üçün əlimdən gələni edəcəm”.

Meza Kolli komandanın bu mövsüm də çempion ola biləcəyini qeyd edib: “Əla futbolçularımız, böyük məşqçimiz və yaxşı azarkeşlərimiz var. “Neftçi” kimi böyük klub hər zaman ən yaxşısına layiqdir. Biz bütün titullar üçün mübarizə aparacağıq”.

30 yaşlı oyunçu Premyer Liqanın 4-cü turunda “Keşlə”yə vurduğu qoldan sonra sevinməməsindən də söz açıb: “Uzun illər orada oynadım. İndi “Neftçi”də xoşbəxtəm. Amma qol vurduqda sevinməməli idi. Bu sadəcə bir hörmət məsələsi idi”.

Sezar Azərbaycan milli komandasının heyətində oynamaq ehtimalları barədə belə danışıb: “Milli komanda haqda çox düşünmürəm. Fikrimcə, buna qərar verən insan mən deyiləm, icazə məsələsi səlahiyyətli insanların əlindədir. Bir gün bu baş tutarsa, Azərbaycan yığmasında oynamaq şərəf olar”.

Shares: