“Keşlə”nin futbolçusu Tural Axundovun futbolinfo.az saytına müsahibəsi

  • “Keşlə” nəhayət ki, son turda “Sabah” üzərində qələbəyə sevindi. Bu komandaya “qara zolaq”dan çıxmağa kömək edəcək?
  • Əlbəttə ki, “qara zolaq”dan çıxmaq istəyirdik. Bunu da bacardıq. Biz aşağı yerlərə layiq deyilik. İnşallah, çalışacağıq ki, yuxarı yerlərə qalxaq. Hər oyuna 3 xal üçün çıxırıq. Belə durumlar hər komandada ola bilər.
  • Ümumiyyətlə, komandanın vəziyyəti heç də yaxşı deyil. Vəziyyəti düzəltmək üçün nə lazımdır?
  • Komanda indi özünə gəlir. Bizim baş məşqçimiz var və o, nə deyirsə, yerinə yetiririk. Hər şey öz əlimizdədi. Aşağı pillələrdəyiksə, deməli ordan çıxmağı da bacarmalıyıq.
  • Milli komandalara görə yaranan fasilə sizə necə təsir etdi?
  • Milliyə görə yaranan fasilə bizə əlavə güc qatmağa kömək edir. Yaxşı hazırlaşmaq, çempionatda yaxşı çıxış etmək üçün lazım idi.
  • Rəhbərlik qarşınıza hər hansı hədəf qoyulub?
  • Rəhbərlik həmişə bizə deyir ki, ilk “3-lük”də olmaq laızmdır. Biz də çalışırıq ki, onların istəyini yerinə yetirək. Başqa yolumuz yoxdur.
  • Qarşıda “Səbail”lə matç var və növbəti qələbə üçün fürsətdir. Qalib gələ biləcəksiz?
  • Qələbə bizim üçün çox vacibdir. Əlimizdən gələni edəcəyik ki, səfərdən 3 xalla dönək.
  • Millinin DÇ-2022-nin seçmə mərhələsində keçirdiyi oyunları necə dəyərləndirirsən?
  • Milli ilə bağlı heç nə danışmaq istəmirəm.

CAVAD

Shares: