“Sabah”ın müdafiəçisi Slavik Alxasovun futbolinfo.az saytına müsahibəsi

  • “Sabah” mövsümə çox uğursuz start verib. Səbəbini nə ilə əlaqələndirirsən?
  • Səbəb birdir, o da bəxtsizlikdir. Başqa cür heç nə ilə izah edə bilmərəm.
  • Komandanın oyunu səni qane edir?
  • Deməzdim ki, komanda zəif çıxış edir. Yaratdığımız epizodları qola çevirə bilmirk, əksinə qapımızda rahatlıqla qol görürük.
  • 6 oyuna 1 xalı fiasko adlandırmaq olar?
  • Bilirik ki, 6 oyuna bir xal yaxşı hal deyil. Çempionat davam edir. Bunu düzəltməyə çalışacağıq.
  • Son matçda mövsümün ən zəfilərindən olan “Keşlə”yə uduzdunuz. Səncə, komandada artıq ciddi dəyişikliyə ehtiyac var?
  • Zəif komanda yoxdur. Sadəcə bəxtimiz gətirmədi. “Keşlə” ilə oyunda bəxt amili rol oynadı. Mən futbolçuyam və işim meydandadır. Digər məsələləri səlahiyyətli insanlar həll edir.
  • Milli komandalara görə yaranan fasilə “Sabah”a necə təsir edəcək?
  • Komanda olaraq həmişə ciddi hazırlaşırıq. Vəziyyətdən asılı olmayaraq əlimizi-qolumuzu yanımıza sallamamışıq.
  • Yığmanın çıxışlarını izlədin? Fikirlərin necədir oyunlar haqqında?
  • Millinin oyunlarını izlədim və həmişə müsbət nəticələrə ümid etmişəm. Nəticə olmasını hamı kimi mən də istəyirəm. Uşaqlar oynayır, mübarizə aparır. Amma bir az çətin qrupa düşdük. Nə deyim uğur olsun.
  • Yığmaya dəvət gözləyirdin? Çox adam elə düşünür ki, sən də yığmada olmalısan, çünki sənin mövqeyində heç də güclü rəqabət yoxdur…
  • Milliyə bütün futbolçular dəvət gözləyir və mən də onların içindəyəm.

AĞA

Shares: