Polşanın “Legiya” komandası yoxlama oyununda qüvvəsini sınayıb.
Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Mahir Emrelinin formasını geyindiyi kollektiv əvəzedici komanda ilə qarşılaşıb.
Varşava təmsilçisinin əsas komandası bu oyundan 4:1 hesablı qələbə ilə ayrılıb. Azərbaycan yığmasının düşərgəsindən yenicə qayıdan Mahir də bu görüşün iştirakçısı olub. Əsas komandanın ilk qolunu da 16-cı dəqiqədə Emreli vurub.