Bu gün DÇ-2022-nin Cənubi Amerika zonası üzrə seçmə mərhələsinin 12-ci turunun oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, lider Braziliya bu turda Uruqvay üzərində inamlı qələbə qazanıb.

Argentina Perunu, Boliviya Paraqvayı məğlub edib. Kolumbiya – Ekvador matçında isə qapılara qol vurulmayıb.

DÇ-2022-nin seçmə mərhələsi
12-ci tur
15 oktyabr

Boliviya – Paraqvay 4:0
Qol: Rodriqo Ramalyo, 21. Moyses Anqulo, 53. Viktor Abreqo, 84. Roberto Toro, 90+4.

Kolumbiya – Ekvador 0:0

Argentina – Peru 1:0
Qol: Lautaro Martines, 43.

Çili – Venesuela 3:0
Qol: Erik Pulqar, 18; 37. Ben Brereton, 73.

Braziliya – Uruqvay 4:1
Qol: Neymar, 10. Rafinya, 18; 58. Qabriel Barbosa, 83 – Luis Suares, 77.

Shares: