“Neftçi”nin yarımmüdafiəçisi Mamadu Kane Azərbaycan Premyer Liqasının 7-ci turunda “Sumqayıt”a qarşı keçirəcəkləri matçdan danışıb. Futbolinfo.az-a açıqlama verən futbolçu qarşılaşmaya yaxşı hazırlaşdıqlarını bildirib:

“Bəli, hazırlığımız yaxşı gedir. Qarşıdakı matç üçün hər şey qaydasındadır. Düşünürəm ki, “Sumqayıt”la oyunda qalib gələ bilərik. Bizim üçün vacib oyun olacaq”.

Kane qış “transfer pəncərəsi”ndə müqavilə ilə məxsus olduğu “Olimpiakos”a gedəcəyi ilə bağlı suala cavab verməsə də, “Neftçi” azarkeşlərindən danışıb: “Neftçi” azarkeşlərini sevirəm. Bura mənim ailəmdir. “Karyeramı burda bitirmək istəyərəmmi” sualına gəlincə, hər şey Allahın əlindədir”.

O, Qvineya yığmasının heyətində dünya çempionatının seçmə mərhələ oyununda Mərakeş yığmasına vurduğu qoldan danışıb: “Təbii ki, vurduğum qola görə çox xoşbəxtəm. Ümid edirəm ki, buna davam edə biləcəm”.

Shares: