Türkiyənin TRT1 kanalında yayınlanan “Teşkilat” serialında AFFA-nın loqosundan istifadə olunub.

Futbolinfo.az xəbər verir ki, assosiasiya rəsmi “Facebook” səhifəsi vasitəsilə bununla bağlı açıqlama yayıb:

“Türkiyənin TRT kanalında yayımlanan “Teşkilat” serialının bazar günü efirə veriləcək növbəti bölümünün anonsunu izlədiyimiz zaman filmdəki bəzi xarakterləri canlandıran aktyorların istifadə etdiyi idman geyimlərinin üzərində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının loqotipinin olması bizim üçün təəccüblü və gözlənilməz oldu. Bununla bağlı AFFA ilə TRT və ya serialın yaradıcı qrupu arasında əməkdaşlıq müqaviləsi və hər hansı digər razılaşmanın olmaması nəzərə alınaraq, serialın istehsalçısı olan “TIMS&B productions” şirkəti ilə əlaqə saxlanılıb. Qeyd olunub ki, gələcəkdə AFFA-nın loqosundan istifadə olunması nəzərdə tutularsa, öncədən AFFA-ya məlumat verilsin”.

Shares: