Futbol üzrə Türkiyə Super Liqasında 9-cu turun oyunları keçirilir.

Futbolinfo.az xəbər verir ki, bazar günü daha dörd qarşılaşma baş tutub.

“Kasımpaşa” doğma meydanda “Göztəpə”yə, “Altay” isə “Fatih Karagümrük”ə məğlub olub.

“Qalatasaray” isə bu turda “Konyaspor”u qəbul edib və minimal hesabla qalib gəlib.

Turun mərkəzi görüşü Trabzonda keçirilib. Yerli “Trabzonspor” komandası burda “Fənərbaxça”nı qəbul edib. Dörd qolluq qarşılaşma meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.

Türkiyə Super Liqası
9-cu tur
15 oktyabr

Başakşəhər – Beşiktaş 3:2
Qol: Okaka, 40; 83. Gulbrandsen, 85 – A.Teyşeyra, 59. Batşuayi, 90+1-pen.

16 oktyabr

Girəsunspor – Rizəspor 2:0
Qol: S.Ay, 62-öz qapısına. Çampness, 90+4.

Sivasspor – Antalyaspor 2:2
Qol: C.Osmanpaşa, 10. Kayode, 45+4 – Fredi, 24. D.Sinik, 42.

Adana Dəmirspor – Yeni Malatyaspor 0:2
Qol: Tette, 36. S.Dəli, 55-öz qapısına.

17 oktyabr

Kasımpaşa – Göztəpə 1:2
Qol: Y.Ərdoğan, 51 – Yahoviç, 67. Tiyaniç, 86.

Qalatasaray – Konyaspor 1:0
Qol: M.Məhəmməd, 4.

Altay – Fatih Karagümrük 0:1
Qol: Karamo, 15.

Trabzonspor – Fənərbaxça 3:1
Qol: Bakasetas, 25; 87. Y.Sarı, 90 – Rossi, 3.

18 oktyabr

21:00 Alanyaspor – Kayserispor
21:00 Hatayspor – Qaziantep

Shares: