Futbol üzrə İtaliya A Seriyasında 8-ci turun oyunları keçirilir.
Futbolinfo.az xəbər verir ki, turun əksər qarşılaşmaları bazar gününə təsadüf edib.
“Cenoa” – “Sassuolo” və “Udineze” – “Bolonya” matçlarında qalib müəyyənləşməyib. “Kalyari” “Sampdoriya”nı məğlub yola salıb. Səfərdə “Empoli” ilə qarşılaşan “Atalanta” darmadağına sevinib.
Geridə qalan 7 turda maksimum nəticə göstərən lider “Napoli” bu dəfə “Torino”nu qəbul edib və növbəti qələbəsini rəsmiləşdirib.
Turun mərkəzi görüşü Turində keçirilib. “Yuventus” burda Joze Mourinyonun rəhbərlik etdiyi “Roma” ilə üz-üzə gəlib. Turin təmsilçisi də doğma meydanda minimal hesabla qalib gəlib.
İtaliya A Seriyası
8-ci tur
16 oktyabr
Spetsiya – Salernitana 2:1
Qol: Ştreleç, 51. Kovalenko, 76 – Simi, 39.
Latsio – İnter 3:1
Qol: İmmobile, 64-pen. Anderson, 81. Milinkoviç-Saviç, 90+1 – Perişiç, 12-pen.
Milan – Verona 3:2
Qol: Jiru, 59. Kessye, 76-pen. K.Günter, 78-öz qapısına – Kaprari, 7. Barak, 24.
17 oktyabr
Kalyari – Sampdoriya 3:1
Qol: J.Pedro, 4; 90+4. Kaseres, 74 – Torsbi, 82.
Cenoa – Sassuolo 2:2
Qol: Destro, 27. Vaskes, 90 – Skamakka, 17; 20.
Udineze – Bolonya 1:1
Qol: Beto, 82 – Berrou, 67.
Empoli – Atalanta 1:4
Qol: Di Françesko, 30 – İliçiç, 11; 26. Viti, 49-öz qapısına. Sapata, 89.
Napoli – Torino 1:0
Qol: Osimhen, 81.
Yuventus – Roma 1:0
Qol: Kin, 16.
18 oktyabr
22:45 Venetsiya – Fiorentina