Azərbaycan Premyer Liqasının 7-ci turunda meydana çıxan bütün komandalar qol vurub.

Futbolinfo.az xəbər verir ki, buna mövsümdə ilk dəfə təsadüf olunub.

“Sabah” üzərində 2:1 hesablı səfər qələbəsi qazanan “Qarabağ”ın ilk qolu yubiley xarakteri daşıyıb.

Filip Ozobiç Ağdam klubunun heyətində 25-ci çempionat qoluna imza atıb. Filip 58-ci görüşündə yubiley uğuruna sevinib.

Qeyd edək ki, Ozobiç “Qarabağ”ın tarixində çempionatda 25 və daha çox qol vuran 15-ci oyunçudur.

Shares: