Azərbaycan çempionatının 7-ci turunda “Qarabağ”la matçda qırmızı vərəqə alan “Sabah”ın futbolçusu Xulio Rodriqes açıqlama verib. Futbolinfo.az-a danışan hücumçu rəqib qapıçı Şahruddin Məhəmmədəliyevin onu təxribata çəkdiyini bildirib:

“Həmin hadisədən öncəki epizodda top uğrunda adi mübarizə gedirdi. Rəqib qapıçıya zərər yetirmək fikrim yox idi. Biz yerdə qaldıqda, o, mənim zədəli dizimin üzərinə yıxıldı. Heç bir irad bildirmədən, özümdən asılı olmayaraq dizimi tutaraq yerə yıxıldım. O isə mənə çox sərt irad bildirdi. Həmin an mən bu cür reaksiya verməklə səhv etdim. Ancaq rəqib qapıçının həmin anda bu cür sərt reaksiya göstərməsi və məni təxribata çəkməsi düzgün deyildi”.

Shares: