İngiltərənin “Vest Hem” klubunun futbolçusu Aleks Kral koronavirusa yoluxub.
Futbolinfo.az xəbər verir ki, bu barədə London təmsilçisinin baş məşqçisi Devid Moyes açıqlama verib.
O, 23 yaşlı yarımmüdafiəçidə koronavirus aşkarlandığını və bu səbəbdən Premyer Liqanın 8-ci turunun “Everton”la matçında (1:0) iştirak etmədiyini deyib.