“Qarabağ”ın Konfrans Liqasının qrup mərhələsinin 3-cü turunda Qazaxıstan “Kayrat”ı ilə keçirəcəyi oyun böyük maraqla qarşılanıb.
Matc.az xəbər verir ki, qarşılaşma üçün 2 günə 7 mindən çox bilet satılıb.
Bu barədə Ağdam təmsilçisinin Mətbuat Xidmətindən məlumat verilib. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüşdə koronavirus pandemiyası ilə əlaqədar arenanın 50 faizi qədər azarkeş tribunalara buraxılacaq.
Mərkəzi arena 30 min fanat qəbul edə bildiyindən, matç üçün 15 min bilet satışa çıxarılıb. (Report)
Qeyd edək ki, oktyabrın 21-də oynanılacaq “Qarabağ” – “Kayrat” oyunu saat 20:45-də başlanacaq.