Futbol üzrə Azərbaycan millisində çıxış etmiş Dmitri Nazarov Almaniyanın “Ersgebirge” klubunda 2020/21 mövsümünün ən yaxşı futbolçusu seçilib.

Futbolinfo.az xəbər verir ki, bu barədə “Freiepresse” nəşri məlumat yayıb.

Sorğu onlayn formada gerçəkləşib. Səsvermədə 336 fanat iştirak edib. Bunlardan 23 faizi 31 yaşlı hücumçunu mövsümün oyunçusu adına layiq görüb. Aue təmsilçisinin qapıçısı və kapitanı Martin Mannel ikinci yeri tutub.

Nazarov 2016-cı ildən “Ersgebirge”nin şərəfini qoruyur. 2014-cü ildən Azərbaycan yığmasına dəvət alan oyunçu son olaraq, 2019-cu il noyabrında Slovakiyaya səfərdə 0:2 hesabı ilə uduzduqları görüşdə millinin formasını geyinib.

Shares: