Şotlandiyanın “Livinqston” klubunun qapıçısı Daniel Barden xərçəng xəstəliyinə tutulub.

Futbolinfo.az xəbər verir ki, bu barədə 20 yaşlı futbolçu “The Guardian” nəşrinə açıqlamasında deyib. Barden testikulyar xərçəngə tutulduğunu bildirib.

Müqavilə ilə İngiltərənin “Norviç” klubuna məxsus olan Daniel Barden icarə əsasında “Livinqston”da çıxış edir. O, Uelsin U-21 yığmasının da şərəfini qoruyur.

Shares: