“Səbail”in futbolçusu Domantas Şimkusun futbolinfo.az saytına müsahibəsi

  • “Keşlə”yə məğlubiyyət barədə fikirləriniz necədir?
  • Çox çətin oyun oldu. Hədsiz istəkli idik və qalib gəlmək istəyirdik. Düşünürəm ki, qələbə üçün şanslarımız da oldu. Amma bəxt bizim tərəfimizdə deyildi.
  • “Səbail” son 5 matçın hamısında məğlub olub. Bu uğursuz seriyanın səbəbi nədir?
  • Bu futboldur və bəzən hər komanda üçün belə pis seriyalar olur. Amma biz çalışırıq, çox istəyirik ki, vəziyyəti dəyişək. Mən inanıram ki, tezliklə yaxşı nəticələr olacaq.
  • “Qəbələ” ilə matçda böyük hesabla uduzdunuz…
  • Həmin oyunu xatırlamaq istəmirəm. Bizim üçün çox pis gün idi.
  • Vəziyyəti dəyişmək üçün sizə nə lazımdır?
  • Dediyim kimi futbol elədir ki, hər situasiya ilə üz-üzə qala bilərsən. Bütün futbolçular bilir ki, biz öz səhvlərimizi düzəltməliyik. Bunun üzərində ciddi işləməliyik. Maksimum gücümüzlə çalışmaq lazımdır.
  • Qarşıda “Qarabağ”la matç var və bu oyunda situasiyanı dəyişmək şansınız çox azdır…
  • Biz “Qarabağ”a hörmət edirik və bilirik ki, onlar çox yaxşı komandadır. Amma çalışacağıq ki, rəqib nə qədər güclü olsa da, dogma meydanda onlardan xal alaq.
  • Qarşınızda duran əsas hədəf nədir?
  • Hər oyun daha yaxşı oynamağa çalışmalıyıq. Biz ciddi komandayıq və bizim ambisiyalarımız var. Mən bilirəm ki, yaxşı nəticələr gələcək.

FƏRİD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp