Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) Almaniya futbol tarixinin rəmzi komandasını açıqlayıb.
Futbolinfo.az xəbər verir ki, heyətdə bir neçə ay əvvəl vəfat edən Gerd Müller də yer alıb:
Qapıçı: Zep Mayer;
Müdafiəçilər: Manfred Kalts, Frants Bekkenbauer, Paul Braytner, Andreas Breme;
Yarımmüdafiəçilər: Lotar Matteus, Günter Netzer, Volfqranq Overat;
Hücumçular: Frits Uolter, Gerd Müller, Karl-Hayns Rummenigge.