“Berdiyevlə oyundan əvvəl görüşmək çətin məsələdir. Çünki həm gərgin olur, həm də bütün fikri rəqiblə oyuna yönəlir. “Qarabağ”la oyundan sonra isə qeyri-adi bir şey baş verməsə, həmişəki kimi görüşməyimiz nəzərdə tutulub”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında “Zirə”nin müdafiəçisi Ruslan Abışov deyib.

O, Konfrans Liqasının qrup mərhələsinin 3-cü turunda baş tutacaq “Qarabağ” – “Kayrat” matçından danışıb. Abışov vaxtilə “Rubin”də rəhbərliyi altında oynadığı Qazaxıstan klubunun baş məşqçisi Kurban Berdiyevin ağdamlıların çalışdırıcısı Qurban Qurbanovla üz-üzə gəlməsindən söz açıb:

“Nəzərə almaq lazımdır ki, Berdiyev “Kayrat”da yenidir. İstədiyi komandanı tam formalaşdırmayıb. Buna görə də “Qarabağ”ı daha üstün saymaq olar. Bu məşqçilərin qarşılaşmasını hər zaman böyük maraqla arzulamışdım. Nəhayət bu, mümkün oldu. Bizi çox maraqlı taktiki mübarizə gözləyir. Hər iki məşqçi mənim üçün çox əzizdir və hər ikisinə uğurlar arzu edirəm”.

Xatırladaq ki, Ruslan Abışov 2013-2015-ci illər aralığında “Rubin”də çıxış edib. Həmin vaxt Rusiya təmsilçisinə məhz Kurban Berdıyev rəhbərlik edirdi.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp