Polşa “Legiya”sında çıxış edən azərbaycanlı hücumçu Mahir Emreli Danimarkanın “Kopenhagen” klubunun diqqət mərkəzinə düşüb.

Futbolinfo.az xəbər verir ki, bu barədə “MSV Foot” portalı məlumat yayıb.

Xəbərdə, Danimarka təmsilçisinin 24 yaşlı hücumçunu heyətinə qatmaq istədiyi bildirilib.

Mahir Emreli bu mövsüm “Legiya” ilə 20 oyunda 10 qol vurub. Onun Varşava təmsilçisi ilə müqaviləsi 2024-cü ilin yayına qədərdir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp