FİFA milli komandaların yeni reytinq siyahısını açıqlayıb.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığması ötən siyahıyla müqayisədə 2 pillə geriləyib.
Millimiz hazırda 1146,87 xalla 119-cu pillədə qərarlaşıb.
Azərbaycan millisi oktyabrda DÇ-2022-nin seçmə mərhələsində Lüksemburqa, Serbiyaya və İrlandiyaya uduzub.
Reytinq siyahısına 1832,33 xalla Belçika yığması başçılıq edir.