“Sabah”ı Azərbaycan Premyer Liqasının 8-ci turu çərçivəsində baş tutacaq “Sumqayıt”la oyuna kimin çıxaracağı müəyyənləşib.

Futbolinfo.az xəbər verir ki, sözügedən oyunda komandanı meydana Ramin Quliyevin köməkçisi İlkin Hüseynov çıxaracaq. Ondan sonra komandaya yeni baş məşqçi təyinatı mümkündür.

Qeyd edək ki, bu gün Ramin Quliyev baş məşqçi postundan istefa verib. “Sabah” – “Sumqayıt” oyunu oktyabrın 23-də keçiriləcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp