Azərbaycan UEFA reytinqində 2 pillə irəliləyib.

Futbolinfo.az xəbər verir ki, bu, “Qarabağ”ın Konfrans Liqasında Qazaxıstan “Kayrat”ı üzərində 2:1 hesablı qələbəsi sayəsində mümkün olub.

Bu qələbə ölkəmizə daha 0.500 xal gətirib. Cari mövsümdəki qazancı 3.375-ə çatan Azərbaycanın ümumi xal sayı 16.000-a qalxıb.

26-cı pilləyə yüksələn Azərbaycan hərəyə 15.875 xala malik Polşa və Macarıstanı geridə qoyub. 25-ci pillədə qərarlaşmış Rumıniyanın 16.650 xalı var.

Reytinq siyahısına 92.355 xalla İngiltərə başçılıq edir. İkinci pillədəki İspaniyanın 83.998, İtaliyanın isə 66.902 xalı var.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp