“Kəpəz”dəki çıxışı ilə məşhurlaşıb “Neftçi”yə transfer olunan braziliyalı Dario Federiko vaxtilə əyninə geyindiyi ağ-qara formanı vətənində uduşa qoyub. 30 yaşlı braziliyalı yarımmüdafiəçi “Primos” saç kəsimi salonunun müştəriləri üçün oyun təşkil edib.

Belə ki, iki dəfə saçlarını kəsdirən və ya bir gedişdə saçlarını kəsdirməklə yanaşı, üzünü də təmizlətdirən müştərilər Darionun “Neftçi”də geyindiyi imzalı formasını əldə etmək şansı qazanıb. Yekunda qalib ata Daniel Morelli ilə oğlu Qabriel Morelli olub. Formanı qaliblərə Federiko şəxsən təqdim edib.

Sosial şəbəkədə paylaşılan bu xəbəri dəqiqləşdirmək üçün Dario ilə danışdıq. Əslində, hər şey göz önündədi, sadəcə, bunun səbəbi maraqlı idi.

“Neftçi”nin formasını sadəcə, bir dostuma vermək istədim. Bunu hamıya verə bilmərəm” – bu sözləri futbolinfo.az-a açıqlamasında Federiko dedi.

Braziliyalı vinger İnstaqram hesabında Bakı klubundan ona qalan forması üçün keçirdiyi yarışmadan danışdı: “Bu, sadəcə, dostlarım üçün idi. “Neftçi” də, onu forması da mənim üçün dəyərlidir. Evdə başqa formalarım da var.  Bakı klubu karyeramda önəmli yer tutub”.

Qeyd edək ki, Dario 2018/2020-ci illərdə qısa fasilə ilə “Neftçi”də çıxış edib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp