Futbol üzrə İspaniya La Liqasında 11-ci tura yekun vurulub.

Futbolinfo.az xəbər verir ki, sonuncu oyun günündə daha üç qarşılaşma baş tutub.

“Real Sosyedad” bu turda “Selta” səfərinə yollanıb. Çempionatın lideri bu oyunda əsas rəqiblərinin xal itkisindən maksimum yararlanıb və inamlı qələbə qazanmaqla zirvədəki yerini möhkəmləndirib.

“Qranada” – “Xetafe” matçında qalib müəyyənləşməyib. Turun son matçında “Atletiko” səfərdə “Levante”nin qonağı olub. Dörd qolun qeydə alındığı bu oyunda da komandalar meydanı hərəyə 1 xalla tərk ediblər

İspaniya La Liqası
10-cu tur
26 oktyabr

Alaves – Elçe 1:0
Qol: Ndiaye, 47.

Espanyol – Atletik 1:1
Qol: De Tomas, 33-pen – Uilyams, 52.

Vilyarreal – Kadis 3:3
Qol: P.Torres, 43. Dia, 80. Danjuma, 90+6 – Lozano, 14; 45+1; 52.

27 oktyabr

Malyorka – Sevilya 1:1
Qol: A.Sançes, 22 – Lamela, 73.

Rayo Valyekano – Barselona 1:0
Qol: Falkao, 30.

Betis – Valensiya 4:1
Qol: B.İqlesias, 14; 30. Petsella, 61. Xuanmi, 68 – Paulista, 39.

Real – Osasuna 0:0

28 oktyabr

Selta – Real Sosyedad 0:2
Qol: İsak, 54. Elustondo, 79.

Qranada – Xetafe 1:1
Qol: Molina, 90+7 – E.Ünal, 36.

Levante – Atletiko 2:2
Qol: Bardi, 37-pen; 90-pen – Qrizman, 12. Kunya, 76.

Shares: