Fransanın PSJ klubunun futbolçusu Neymar açıqlama verib.

Futbolinfo.az xarici mətbuata istinadən xəbər verir ki, tez-tez tənqid olunan braziliyalı hücumçu, bunları deyib:

“Hörmət olmalıdır. İnsanlar deyirlər ki, “Neymar özünə baxmır, Neymar belədir, Neymar elədir”. Bəs özünə baxmayan biri necə olur ki, 12 il zirvədə qalır? Bunu heç kim başa düşmür.

Özümə necə baxacağımı yaxşı bilirəm. Məşq edirəm, çalışıram. Vaxtım olanda əylənirəm. Problem nədir? Məni meydanda etdiklərimə görə tənqid etməlisiz, şəxsi həyatıma görə yox”.

Shares: