Polşanın “Legiya” komandasının baş məşqçisi Marek Qolembevski klubun mətbuat xidmətinə açıqlama verib.
Futbolinfo.az xəbər verir ki, o, azərbaycanlı hücumçu Mahir Emrelinin çıxışı haqda da danışıb:
“Mahirlə ötən oyunda uğursuzluğu haqda iki dəfə danışmışam. Mən özüm də hücumçu olmuşam. Beyni təmiz olmalıdır. Uğursuzluğu haqda deyil, daha da inkişaf etməyi ilə bağlı düşünməlidir. Qol vursa, artıq ayağı açılacaq. İnanıram ki, bazar günü “Poqon”la oyunda çoxlu qol şansları yaranacaq və öz ustalığını göstərəcək. “Qara zolaq”dan danışmaq istəmirəm. O, bir qol vursa, ardı gələcək. Çox yaxşı futbolçudur. Bəzən nəyisə həddindən artıq istəyəndə işlər pisləşir. Onunla danışdım və dedim ki, növbəti 10 şansının hamısını qolla tamamlayacaq.
Mahir istəkli və iddialı oyunçudur. Futbol belədir, bəzən istədiyin kimi alınmır. İstəkli olsan da, nəticə olmur. Bəzən topun nə üçün qapıya girmədiyini başa düşə bilmirik. Futbol belə bir idman növüdür”.
“Legiya” oktyabrın 31-də doğma meydanda “Poqon”la qarşılaşacaq. Bu oyuna Bakı vaxtı ilə saat 20:30-da start veriləcək. Bu mövsüm Varşava təmsilçisinin heyətində 23 oyuna çıxan Mahir Emreli 10 qol vurub.