Türkiyənin “Trabzonspor” klubu ciddi itkiylə üzləşib.
Futbolinfo.az xəbər verir ki, Super Liqa təmsilçisinin yarımmüdafiəçisi Jervinyo sıradan çıxıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Super Liqanın 11-ci turunun “Rizəspor”la matçında (2:1) zədələnən 34 yaşlı forvardın sağ çarpaz bağı qopub.
Bu üzdən onun azı 5-6 ay yaşıl meydanlardan kənarda qalacağı açıqlanıb. Bu isə o deməkdir ki, Jervinyo üçün mövsüm erkən başa çatıb.