Futbol üzrə İngiltərə Liqa Kubokunda 1/4 final mərhələsinin püşkü atılıb.

Futbolinfo.az xəbər verir ki, ötən mövsüm bu turnirin finalında “Mançester Siti”yə uduzan “Tottenhem” yarımfinala vəsiqə uğrunda “Vest Hem”lə üz-üzə gələcək.

“Liverpul” “Lester Siti”yə, “Arsenal” “Sanderlend”ə, “Çelsi” isə “Brentford”a rəqib olub.

Bu mərhələnin oyunları dekabrın 20-də keçiriləcək.

İngiltərə Liqa Kuboku
1/4 final
20 dekabr

Tottenhem – Vest Hem
Arsenal – Sanderlend
Brentford – Çelsi
Liverpul – Lester Siti

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp