Azərbaycan premyer Liqasının 9-cu turunda “Qarabağ” “Neftçi”ni qəbul edir.
Futbolinfo.az xəbər verir ki, görüşün ilk hissəsində maraqlı hadisə baş verib.
Ağdam klubunun 3-cü qolundan bir qədər sonra “Qarabağ” azarkeşləri rəqib komandanın baş məşqçisi Samir Abasovu istefaya səsləyib. Onlar “Samir, istefa!” şüarları səsləndirib. Bu isə Ağdam klubunun baş məşqçisi Qurban Qurbanovun xoşuna gəlməyib. Çalışdırıcı sərt şəkildə azarkeşlərə etiraz bildirib və bu şüarları dayandırmalarını istəyib. Bundan sonra azarkeşlər sakitləşib.
İlk hissəsi davam edən görüşdə “Qarabağ” 3:0 hesablı üstünlüyə malikdi.