“Neftçi”nin futbolçusu Ömər Buludov zədələnib.

Futbolinfo.az xəbər verir ki, 23 yaşlı müdafiəçi Azərbaycan Premyer Liqasının 9-cu turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri səfər oyununda ciddi xəsarət alıb.

Rəqib futbolçu İbrahima Vadjinin qarşısını almağa çalışarkən ağır zədə alan Buludov meydanı xərəkdə tərk edib. Onun yerinə 37-ci dəqiqədə İsmayıl Zülfüqarlı meydana daxil olub.

Shares: