Futbol üzrə Türkiyə Super Liqasında 11-ci turun oyunları keçirilir. Futbolinfo.az xəbər verir ki, bu gün daha dörd görüş baş tutub.
“Altay” – “Sivasspor” matçında qalib müəyyənləşməyib. “Kasımpaşa” “Yeni Malatyaspor”u məğlub yola salıb.
“Beşiktaş” bu turda “Hatayspor” səfərinə yollanıb. Son dövrlər qeyri-sabit çıxışı ilə diqqət çəkən son çempion bu oyunda da məğlubiyyətə üzülüb.
“Fənərbaxça” isə “Konyaspor”la səfər oyunundan məğlubiyyətlə ayrılıb.
Türkiyə Super Liqası
11-ci tur
29 oktyabr
Trabzonspor – Rizəspor 2:1
Qol: Djanini, 43-pen. Nvakaeme, 73 – Cokoviç, 22-pen.
30 oktyabr
Kasımpaşa – Yeni Malatyaspor 2:0
Qol: Sadiku, 54. U.Bozok, 73.
Altay – Sivasspor 1:1
Qol: Bamba, 44 – Yatabare, 38.
Hatayspor – Beşiktaş 1:0
Qol: Lobjanidze, 6.
Konyaspor – Fənərbaxça 2:1
Qol: S.Dikmen, 3. A.Bardakçı, 11 – İ.Kahveçi, 84.
31 oktyabr
14:30 Kayserispor – Fatih Karagümrük
17:00 Alanyaspor – Göztəpə
20:00 Qalatasaray – Qaziantep
1 noyabr
21:00 Girəsunspor – Antalyaspor
21:00 Başakşəhər – Adana Dəmirspor